XƏBƏR VƏ YENİLİKLƏR

news-img
14 iyn 2022
Qətərin Azərbaycandakı səfiri APA Group-da olub

Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faysal bin Abdullah Hamad Abdullah Al Henzab APA Qrupunda olub.

Səfir APA Qrupunun rəhbəri Vüsalə Mahirqızı ilə görüşüb.

Görüşdə iki ölkənin KİV-ləri arasında əlaqələr və müxtəlif istiqamətlərdə əməkdaşlıq müzakirə olunub

Diplomat ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və davam edən Vətən müharibəsində Azərbaycanın ədalətli işini dəstəklədiyini qeyd edib.

O, iki ölkə arasında turizm, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı mühüm layihələr üzərində işlədiyini bildirib. Səfir onu da vurğulayıb ki, iki ölkənin media qurumları arasında əməkdaşlıq proqramının təşkili, bir-birini daha yaxından tanımaq və perspektiv sahələrlə tanış olmaq üçün hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində iş aparılır. Feysəl bin Abdullah Əl Henzab Azərbaycan Vətən Müharibəsi başa çatdıqdan və koronavirus pandemiyasından sonra Azərbaycan ilə Qətər arasında münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanların yaranacağına əminliyini ifadə edib.

V.Mahirqızı da öz növbəsində Qətər dövlətinə və onun mediasına Azərbaycanın ədalətli işində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. V.Mahirqızı Azərbaycan və Qətərin hər zaman dost ölkələr olduğunu, APA İnformasiya Agentliyinin Qətərin Azərbaycandakı səfirliyi, eləcə də bu ölkənin media qurumları ilə hər zaman sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirilib ki, APA-Qrupu əlillərin müraciəti əsasında Gəncə, Bərdə və digər şəhərlərin ermənilər tərəfindən raketlərdən atəşə tutulması nəticəsində insanların həlak olması, yaşayış binalarının, mülki obyektlərin dağıdılmasını əks etdirən materialları onlara təqdim edib. Cəzirənin Türkiyədəki bürosu.

O, həm ölkələrimiz, həm də ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş rifahların olduğunu deyib, bunun üçün birgə layihələrin həyata keçirilməsinin, o cümlədən media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyi diqqətə çatdırılıb.

V.Mahirqızı qeyd edib ki, APA-Qrupuna daxil olan qurumlar ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi işinə informasiya dəstəyi verməyə hazırdır.

Ətraflı oxu
news-img
14 iyn 2022
«Apasport» yeniləndi

APA GROUP-a daxil olan apasport.az saytı yenilənib. Ölkəmizin ilk azərbaycandilli idman saytı yeni dizayn və məzmunda oxucuların qarşısına çıxıb.

Azərbaycan mətbuatında ilk dəfə olaraq oyunların onlayn nəticələri idman saytında dərc olunur. Futbolsevərlər, eləcə də bütün idman növlərini sevənlər burada matçları canlı izləyə bilərlər. Hər bir ölkə üzrə turnir cədvəlləri onlayn olaraq yenilənir, apasport.az saytında heç bir yerdə dərc olunmayan statistika ilə tanış ola bilərsiniz.

İşə başladığı ilk gündən dünya və Azərbaycan idmanında baş verən ən mühüm hadisələri oxucularına çatdıran Apasport.az saytı proqnozlaşdırıcılara da kuponlar təqdim edir. Günün Kuponu, Tək Kupon və Ekspres Kupon bizim xüsusi proqnozçular komandamız tərəfindən tərtib edilir. Yaxın vaxtlarda bu işə əcnəbi mütəxəssislərin və fəal proqnozçuların cəlb olunması nəzərdə tutulur.

“Ekspert rəyi”ndə tanınmış futbol mütəxəssislərinin oyunlarla bağlı proqnozları da öz əksini tapıb. Apasport.az saytında həm yerli, həm də əcnəbi mütəxəssislərin qarşılaşmalardan gözləntilərini öyrənə bilərsiniz.

Yaxın vaxtlarda oxucular arasında müsabiqələrin keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, sizə tez-tez maraqlı videolar təqdim edəcəyik.

Saytda yeni bölmələr də var.

“Ofsayd” bölməsi uzun illər oyundankənar vəziyyətdə olanlara, “Ulduzlar” bölməsi isə dünya şöhrətli idmançıların həyatına həsr olunub.

Ətraflı oxu
news-img
14 iyn 2022
Ayxan Ayvazın romanı təqdim olunub

APA Media Group”da yazıçı Ayxan Ayvazın “Pəncərəsiz” adlı yeni kitabının təqdimat mərasimi olub.

"APA xəbər verir ki, Kulis.az saytının baş redaktoru, şair Ulucay Akif Ayxan Ayvazın romanı haqqında təəssüratlarını bölüşüb.

APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı Ayxan Ayvazın romanını ağrılardan qurtulma cəhdi kimi qiymətləndirib: “Fikrimcə, Ayxan bu romanı içindəki ağrını çıxarmaq üçün və yeni mərhələyə adlamaq üçün yazıb. İnanıram ki, Ayxanın bundan sonrakı yaradıcılığında bu ağrılara yer olmayacaq və tamamilə yeni bir mərhələ və mətn hiss edəcəyik. Bu, təkcə Ayxanın yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatından gözləntimdir”.

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu romanın mövzusunun cəsarətli olduğunu qeyd edib: “Ayxan bu kitabında bizə hamımıza məlum olan və ağrısını illərdi içində daşıdığı intihar faciəsindən yazıb. Zənnimcə “Pəncərəsiz” həm də Ayxanın bu ağrılardan xilas cəhdidir. İnanıram ki, o, bundan sonra daha gözəl əsərlərlə bizi sevindirəcək”.

Ayxan Ayvaz isə romanın yazılmasının çətinliklərindən danışıb: “Bu roman 3 ilə yazılıb. Hesab edirəm ki, romanda demək istədiklərimin, heç olmasa, 60 faizinə nail olmuşam, yəni onları mətn şəklində ifadə edə bilmişəm. Roman təbliğ olunarsa, müəyyən bir kütlə qazana bilər, mən buna inanıram”.

Daha sonra Vüqar Babazadə, Rəvan Cavid, Murad Muradov, Samirə Əşrəf roman haqqında təəssüratlarını bölüşüblər.

Çıxışlar bitdikdən sonra müəllif oxucular üçün kitabını imzalayıb.

Ətraflı oxu